Ölüm təhlükəsi yaxınlaşır: minlərlə insan evlərini tərk etməyə başladı - FOTO/VİDEO

Ölüm təhlükəsi yaxınlaşır: minlərlə insan evlərini tərk etməyə başladı - FOTO/VİDEO
12:03 13 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatında yağış suları ilə səviyyəsi yüksələn Oroville gölünün daşması təhlükəsi yaranıb.

Publika.az
xəbər verir ki, gölün yerləşdiyi Oroville qəsəbəsinin sakinləri evlərini tərk ediblər.

Məlumata görə, son günlər aramsız yağan yağışlardan sonra Oroville gölünün qarşısına çəkilmiş səddə dəlik olduğu aşkarlanıb. Bundan sonra 16 min insanın təxliyəsi başlanıb. Minlərlə sakin isə təxliyə olunmağı gözləmədən avtomobillərlə qəsəbəni tərk etməyə başlayıblar.

“Los-Anceles Times” nəşrinin məlumatına görə, problemin həlli üçün 200 milyon dollara qədər pul lazımdır.

Asif




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR