Mingəçevir sakini həmyerlisini bıçaqlayıb

Mingəçevir sakini həmyerlisini bıçaqlayıb
12:07 13 Fevral 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma baş verib. 
"Report"un məlumatına görə, hadisə fevralın 11-də şəhər ərazisindı qeydə alınıb.
Belə ki, şəhər sakini Elmin Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdirilib. 
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Mustafayev tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevir-sakini-hemyerlisini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR