Bakıda evlərin su sayğaclarını oğurlayan daha bir qrup saxlanılıb

Bakıda evlərin su sayğaclarını oğurlayan daha bir qrup saxlanılıb
12:07 13 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda yaşayış binaları və evlərdən su sayğaclarını oğurlayan şəxslər saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə fevralın 9-da tutulan Mahir Bayturayevin və Fuad Mustafayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) , Xətai RPİ 34-cü PB və Sabunçu RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin ötən dövründə Nizami, Xətai və Sabunçu rayonları ərazilərindəki 6 yaşayış binasının girişlərindən və 4 evin həyətindən ümumilikdə 28 ədəd su sayğacını oğurlamaları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evlerin-su-saygaclarini-ogurlayan-daha-bir-qrup-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR