Çaylar aşıb-daşır

Çaylar aşıb-daşır
12:08 13 Fevral 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın çaylarında və transsərhəd çaylarının suyunda artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 180-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-130 faizini təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 111 m3/s olmaqla ongünlük normanın 158 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475 (2016-cı il fevral 13-də 434 sm), Şirvanda 325 (2016-cı il fevral 13-də 325 sm), Salyanda 315 (2016-cı il fevral 13-də 285 sm), Bankədə 245 (2016-cı il fevral 13-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 194 sm (2016-cı il fevral 13-də 167 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/187580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR