Nardaranda quyuda odlu silah saxlayan şəxs tutulub

Nardaranda quyuda odlu silah saxlayan şəxs tutulub
12:12 13 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Nardaranda quyuda odlu silah saxlayan şəxs saxlanılıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb və o, tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nardaranda-quyuda-odlu-silah-saxlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR