Keniya quraqlıq səbəbiylə milli fəlakət elan edib

Keniya quraqlıq səbəbiylə milli fəlakət elan edib
12:12 13 Fevral 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Keniya hökuməti ölkədə yaşanan quraqlıq səbəbiylə milli fəlakət elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, ölkə qida yardımı üçün dünya ictimaiyyətinə müraciət edib.
"Beynəlxalq tərəfdaşlarımızı hökumətin vəziyyəti nəzarətdə saxlamaq səylərini dəstəkləməyə çağırırıq" - ölkə prezidenti Uhuru Keniatanın bəyanatında deyilir.
Qırmızı Xaç Komitəsinin ilkin hesablamalarına görə, Keniyanın təxminən 2,7 milyon sakininə qida yardımı lazımdır.
Dövlət başçısının bəyanatında hökumətin artıq 70 milyon dollar ayırdığı qeyd edilib. Şərqi Afrika ölkəsinin 47 regionundan 23-də yardıma ehtiyac var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/keniya-quraqliq-sebebiyle-milli-felaket-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR