"Azneft"də "Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi" üzrə seminar keçirilib

"Azneft"də "Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi" üzrə seminar keçirilib
12:12 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində struktur bölmələrinin rəhbərləri, aparıcı mütəxəssisləri, eləcə də əməyin mühafizəsi xidmətinin məsul işçilərinin iştirakı ilə “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” mövzusunda növbəti seminar keçirilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, seminarda Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinə daim diqqət yetirildiyini bildirib. O, sağlam əmək şəraitinin yaradılması, təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə neftçilər üçün aparılan maarifləndirmə tədbirlərindən danışıb.

Bildirilib ki, sistemin tətbiqi işçilər arasında əməyin təhlükəsizliyinə diqqətin daha da artmasına əlavə stimul verib. Gələcəkdə sistemin daha da təkmilləşdirilməsi üçün bu sahəyə diqqətin artırılmasının önəmi qeyd olunub. Qeyd olunub ki, “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi”nin təhlili nəticəsindən asılı olaraq fəal işçilər Birlik tərəfindən mükafatlandırılacaq.






Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azneft-de-davranis-ve-tehlukesizliyin-musahide-sistemi-uzre-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR