Bakıda Ticarət Mərkəzində kütləvi dava - Gənc oğlan bıçaqlandı

Bakıda Ticarət Mərkəzində kütləvi dava - Gənc oğlan bıçaqlandı
12:13 13 Fevral 2017
297 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR