Astarada qadının içində pul olan çantası oğurlanıb

Astarada qadının içində pul olan çantası oğurlanıb
12:22 13 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Astara rayonunda qadının içində pul olan çantası oğurlanıb. 
"Report"un məlumatına görə, hadisə fevralın 11-də rayon ərazisində qeydə alınıb. 
Belə ki, rayon sakini İradə Əliyevanın içində 220 manat olan çantası oğurlanıb. 
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Bəhruz Məmmədov saxlanılıb. Saxlanılan şəxsin tütün məmulatları da oğurlaması məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-qadinin-icinde-pul-olan-cantasi-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR