MKİ şefinin Ankaraya səfəri Güləni hərəkətə keçirdi - FTB binasında GİZLİ GÖRÜŞ

MKİ şefinin Ankaraya səfəri Güləni hərəkətə keçirdi - FTB binasında GİZLİ GÖRÜŞ
12:23 13 Fevral 2017
185 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mike Pompeonun bu həftə Türkiyəyə səfər etməsi Fəthullah Güləni ciddi narahat etməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, MKİ direktorunun Ankaraya səfərindən dərhal sonra Gülənin yaxın adamları hesab olunan Faruk Taban və Mahmut Yeter ABŞ-ın Federal Tədqiqatlar Bürosuna (FTB) gedərək, orada gizli görüş keçiriblər.

FTB-nin binasında baş tutan görüşdə “FETÖ”nü təmsil edən 5 nəfər nümayəndə iştirak edib. Görüş zamanı FTB rəhbrəliyindən Gülənin Türkiyəyə ekstradisiya edilməsinə qarşı addımlar atılması istənilib.

FTB nümayəndələri isə Fəthullah Gülənin Türkiyəyə ekstradisiyasının baş tutması üçün hər cür dəstəyin veriləcəyini vəd edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR