Arsen Vengerin yerinə sürpriz namizəd

Arsen Vengerin yerinə sürpriz namizəd
12:27 13 Fevral 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın baş məşqçisi Arsen Vengerin yerinə sürpriz namizəd var. Fanat.Az xəbər verir ki, bu barədə "Sunday Mirror" məlumat yayıb.


İddiaya görə, "Arsenal" rəhbərliyinin Vengerin yerinə düşündüyü 4 alternativdən biri hazırda "Nyukasl"a başçılıq edən Rafael Benitesdi. İspan mütəxəssisin adı "Arsenal"la yanaşı, "Borussiya" (Dortmund) və "Barselona" ilə də hallanır.


Qeyd edək ki, Venger 1996-cı ildən "Arsenal"ı çalışdırır. Benites isə bundan əvvəl İspaniyanın "Real", "Valyadolid", "Osasuna", "Ekstremadura", "Tenerife", "Valensiya", İngiltərə "Liverpul", "Çelsi", İtaliyanın "İnter" və "Napoli" klublarına başçılıq edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arsen-vengerin-yerin-surpriz-namizd-t56239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR