"Kiralık Aşk"ın aktrisası sənətdən gedir - FOTO

"Kiralık Aşk"ın aktrisası sənətdən gedir - FOTO
12:37 13 Fevral 2017
170 Şou
Ölkə mətbuatı
A- A+

"Eşkıya Dünyaya Hükümdar Olmaz"da "Nazlı Meriç", daha sonra isə "Kiralık Aşk"da "Seda Berensel" obrazını ifa etmiş aktrisa Müjde Uzman sənətindən uzaqlaşacağını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən dostları ilə İstanbuldakı məkanların birində əylənən aktrisa çıxışda jurnalistlərə açıqlama verib.

Haqqında gedən xəbərlərin şəxsi həyatına təsir etdiyini deyən Müjde belə deyib:

"Televiziyaya çıxıram deyə, heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Sırf buna görə sənətimi atıb başqa işlə məşğul olacağam. Sizə görə, bəlkə də, gedib qarışqa araşdıracağam. Bizim haqqımızda yanlış xəbərlər yazanlara, oxuyanlara, TV proqramlarında şərh bildirənlərə hörmət etmirəm. Sadəcə, həyatımı yaşamaq istəyirəm".

Qeyd edək ki, bir müddət öncə onun müğənni Sinan Akçılla eşq yaşadığına dair şayiələr yayılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/516924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR