Naməlum şəxslər krım-tatar batalyonunun bazasını ələ keçirdilər

Naməlum şəxslər krım-tatar batalyonunun bazasını ələ keçirdilər
12:42 13 Fevral 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Hərbi formada olan naməlum şəxslər Ukrayna batalyonunun Krımla sərhəddə, Çonqar kəndində yerləşən Noman Çelebidjixan adına bazasına hücüm edərək tutublar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə lenta.ru xəbər yayıb.

Hücum fevralın 12-də axşam olub. Silahlı şəxslər zirehli hərbi maşınların köməyi ilə hasarı deşib, odlu silahlardan xəbərdarlıq atəşləri açıblar. Batalyonun bütün şəxsi heyəti hücüm edənlər tərəfindən tutulub.

"Kureş" radiosunun saytı dəqiqləşdirir ki, bu hadisəni Ukraynanın güc strukturlarından heç biri şərh etməyib. Ərazinin tutmasından sonra orada prokurorluğun əməkdaşları və partlayıcı texnika üzrə mütəxəssislər işləməyə başlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR