Cocuq Mərcanlıda minaatan mərmiləri tapıldı

Cocuq Mərcanlıda minaatan mərmiləri tapıldı
13:05 13 Fevral 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində beton quyulardan 5 ədəd minaatan mərmisi tapılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, ərazinin təmizlənməsi işləri intensiv sürətdə davam etdirilir:

"Ərazi tam yoxlanılacaq. Tikintiyə təhvil vermək üçün həmin ərazi təmiz olmalıdır. Ona görə də biz o əraziləri qarış-qarış yoxlayacağıq. Hazırda işləri daha da intensivləşdirmişik, çünki ərazini tikintiyə təhvil vermək lazımdır".

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR