Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb

Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb
13:12 13 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsində ötən bir həftə ərzində 807 yeraltı təkan olub.
“Report” İHA-ya istinadən xəbər verir ki, bölgədə fevralın 6-dan fevralın 12-dək müxtəlif bal gücündə zəlzələ olub.
Məlumata görə, 423 dəfə 2 , 298 dəfə 3, 70 dəfə 4, 11 dəfə 5, 5 dəfə isə 6 bal gücündə yeraltı təkan baş verib.
Xəbərdə bildirilib ki, hadisə nəticəsində evlər, məscid uçub, 8 nəfər yaralanıb, 1 iribuynuzlu qaramal, 18 xırdabuynuzlu heyvan tələf olub.
Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi və Qızılay Cəmiyyəti təbii fəlakət bölgəsində zərərçəkənlərin sığınması üçün 478 çadır quraşdırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/son-bir-heftede-turkiyede-807-yeralti-tekan-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR