"Milan"dan 50 milyonluq təklif

"Milan"dan 50 milyonluq təklif
13:17 13 Fevral 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" Aleksis Sançesi heyətinə qatmaq istəyir. Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, İtaliya klubu yayda çilili ulduz üçün "Arsenal"ın qapısını döyəcək.


İddiaya görə, "Milan" Sançesə görə ingilislərə 50 milyon, futbolçunun özünə həftəlik 295 min avro maaş təklif edəcək. İtaliya klubu yeni heyətini Sançesin üzərində qurmaq istəyir.


Qeyd edək ki, "Arsenal" Sançesi 2014-cü ildə "Barselona"dan 42,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 55 milyon avro qiymət qoyub. 28 yaşlı forvard bu mövsüm keçirdiyi 32 rəsmi oyunda 19 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilanquotdan-50-milyonluq-tklif-t56240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR