"DəmirBank": "Heç bir müştərimizin hesabına müdaxilə olmayıb"

"DəmirBank": "Heç bir müştərimizin hesabına müdaxilə olmayıb"
13:24 13 Fevral 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

 

"Dəmirbank" banka haker hücumu olduğu barədə xəbərlərə münasibət bildirib.

 

Bankdan Lent.az-a verilən məlumatda deyilir: "Bugünlərdə ölkə mətbuatında DəmirBank haqda həqiqətə uyğun olmayan xəbərlər çıxıb. "DəmirBank" ASC olaraq həmin xəbərlərə aydınlıq gətirməyi lazım bildik.

Əvvəla, bildirmək istəyirik ki, DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmayıb. Bu haqda iddialar tamamilə əsassızdır.

6 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.

Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

 

Qeyd edək ki, bu yaxınlarda yeni biznes modelə keçid etdiyini açıqlayan DəmirBank kapitalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı qərar verib. Hazırda kapitalın artırılması prosesi gedir.

 

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Bankla əlaqə saxlamaq üçün:

 

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR