Ata qəzaya düşən oğlunun maşınını elə qəza yerində satdı - SƏBƏB

Ata qəzaya düşən oğlunun maşınını elə qəza yerində satdı - SƏBƏB
13:37 13 Fevral 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Salyan rayonunun Ərəbqardaşbəyli kəndindən keçən hissəsində Neftçala rayon sakini Əsədov Sabit Absalam oğluna məxsus, dövlət nömrə nişanı 47 BD 335 olan "Mercedes" markalı avtomaşın qarlı havada sərt döngədə idarəetməni itirərərək iri gövdəli ağaca çırpılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtomaşın yararsız hala düşsə də, sürücü xoş təsadüf nəticəsində heç bir xəsarət almayıb. Ona görə də bir qədər sonra hadisə yerinə gələn sürücünün atası oğlu qəzadan salamat qurtardığı üçün şükranlıq əlaməti olaraq "Mercedes"i dəyər-dəyməzinə, cəmisi 1200 dollara satıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR