Qar fəsad törətdi: Quba-Xaçmaz yolunda ağır qəza - FOTO

Qar fəsad törətdi: Quba-Xaçmaz yolunda ağır qəza - FOTO
13:39 13 Fevral 2017
331 Digər
Ölkə mətbuatı
A- A+

Yol qəza hadisəsi baş verib. Lent.az-ın ARB TV-yə istinadən verdiyi xəbərə görə, hadisə səhər saat 9 radələrində baş verib. 

 

Quba-Xaçmaz yolu ilə hərəkət edən iki “VAZ 2104” markalı avtomobil toqquşub. Yolun 14-cü kilometrliyində, Barlı kəndi ərazisində baş verən hadisə nəticəsində 27 BJ 779 nömrə nişanlı avtomobildə olan sürücü, Xaçmaz sakini Ariz Niftəliyev və sərnişini Fuad Rəhmətullayev xəsarət alıb. 40 BK 932 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Xaçmaz sakini İlham Niftəliyev isə yüngül xəsarətlər alıb. Hadisə şahidləri qəzaya səbəb kimi yolun buzlu olmasını göstərir.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki nəqliyyat vasitəsi isə zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırmalar aparılır.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR