"Disneylend"də həyəcan - Yüzlərlə insan təxliyə olundu

"Disneylend"də həyəcan - Yüzlərlə insan təxliyə olundu
13:42 13 Fevral 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Honq Konqda "Disneylend" parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parka aid olan ofislərin birinə naməlum bağlama gətirildikdən sonra işçilər təxliyə olunmağa başlayıblar.

Bağlamanın araşdırılması üçün hadisə yerinə partlayıcı maddə mütəxəssisləri cəlb edilib. Onlar bağlamada təhlükəli maddənin olduğunu təsdiq ediblər.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Təxliyə prosesi əyləncə parkının fəaliyyətinə təsir göstərməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR