Almaniya millisinin Bakı planı

Almaniya millisinin Bakı planı
13:42 13 Fevral 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Martın 26-da Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı Bundestimin qarşılaşmadan iki gün əvvəl yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan yola düşəcəyini yazıb. Yığma üzvləri gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına endikdən sonra "Boulevard Hotel"də məskunlaşacaqlar. Ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar. Görüş isə martın 26-da saat 20:00-da başlanacaq. Qarşılaşmanın ardından qonaq komanda birbaşa hava limanına yollanaraq, gecə saat 02:20-də Frankfurta uçacaq.

DFB Almaniya yığmasının olduğu təyyarəilə Bakıya azarkeş üçün də səfər imkanı yaradıb. Bunun üçün Bundestimin oktyabrın 8-də Azərbaycan millisi ilə ev oyununu hansı şəhərdə keçirəcəyini fevralın 20-dək hamıdan tez tapmaq lazımdır. Qalib şəxs özü ilə dostunu da götürə bilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR