"DəmirBank"dan cavab gəldi: "Heç bir müştərinin hesabına müdaxilə olmayıb"

"DəmirBank"dan cavab gəldi: "Heç bir müştərinin hesabına müdaxilə olmayıb"
13:47 13 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

"DəmirBank"ın heç bir müştərisinin hesabına müdaxilə olmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, bununla bağlı iddialar tamamilə əsassızdır:

"06 fevral 2017-ci il tarixində bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.

Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".

Qeyd edək ki, bu yaxınlarda yeni biznes modelə keçid etdiyini açıqlayan "DəmirBank" kapitalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı qərar verib. Hazırda kapitalın artırılması prosesi gedir.

Ölkənin ilk kommersiya banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR