Bakıda qadın ərini bıçaqladı, sonra "Təcili yardım"a zəng vurdu

Bakıda qadın ərini bıçaqladı, sonra "Təcili yardım"a zəng vurdu
13:52 13 Fevral 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadın 41 yaşlı ərini bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bilgəh qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evdə 41 yaşlı E.S. həyat yoldaşı (hələlik adı bilinmir) ilə mübahisə edib.

Mübahisə zamanı qadın E.S.-in kürək və qol nahiyələrinə iki bıçaq zərbəsi vurub. E.S.-in çoxlu qan itirdiyini görən qadın "Təcili yardım" xidmətinə müraciət edib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR