"Saqqalım rekord qırır" - FOTO

"Saqqalım rekord qırır" - FOTO
13:52 13 Fevral 2017
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İçerde" serialında canlandırdığı "Musa" obrazı ilə məşhurlaşan aktyor Barış Kıralioğlu müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, elanı ilə başladığını bildirib:

"Bir gün qəzetdə elan gördüm. Belə yazılmışdı: "Hazırlaşdırılmaq üçün gənc aktyorlar axtarılır". İmtahana getdim və məni seçdilər. Bir anda özümü bu işdə tapdım. Daha sonra Beykent Universitetində teatr ixtisası üzrə təhsil aldım".

Qeyri-adi saqqalından danışan aktyor belə deyib:

"Saqqalım rekord qırır. Keçən gün qırmızı işıqda dayanarkən mənə bunu bir nəfər dedi. Nə qədər rekord qırdığını deyə bilmərəm, amma tamaşaçılar bu stilimi bəyənirlər. Çünki belə bir stil heç kimdə yoxdur".

"Rol üçün belə kəsirdiniz?" sualını o, belə cavablandırıb:

"Əslində, teatr üçün belə saxlamışam. "Müfəttiş" adlı bir tamaşada rolum var. Serial üçün də bu stili bəyəndilər, amma "İçerde" bitəndən sonra kəsəcəyəm. Adətən iki ildən bir dəyişiklik edirəm. İndi 
kökəm, başqa bir rol üçün lazım gəlsə, 20 kiloqram arıqlaya bilərəm".

- Yeməklə aranız necədi?

"Yemək bişirməyi də, yeməyi də sevirəm. Yaxın dostlarım bilir ki, pizzanı yaxşı bişirirəm. İtalyan aşpazdan öyrənmişəm".

"İçerde"dədi rolu barəsində isə aktyor bunları deyib:

"Rol üçün başlayanda öncə sərt bir obraz düşünmüşdük, amma illər boyu komik rollar ifa etdiyim üçün sərt obrazı yarada bilmədim. Real həyatda da sərt biri deyiləm".

Qeyd edək ki, Barış italyan, ingilis, latın və ispan dillərini bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR