Rusiyada dolların məzənnəsi 17 aylıq minimuma enib

Rusiyada dolların məzənnəsi 17 aylıq minimuma enib
14:02 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi 2015-ci il iyulun 24-dən etibarən ilk dəfə olaraq 58 rubl səviyyəsindən aşağı düşüb. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, dolların ucuzlaşmasına səbəb kimi qlobal bazarda neftin qiymətinin yüksəlməsi, Rusiyanın maliyyə aktivlərinin cəlbediciliyinin davam etməsi və vergi dövrü ərəfəsində ixrac gəlirlərinin artması göstərilib.
Nəticədə, bu gün dolların məzənnəsi 57,96 RUB/USD, avronun məzənnəsi isə 61,32 EUR/USD-yə enib. 
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Maliyyə Nazirliyinin tapşırığı ilə Rusiya Bankı (Mərkəzi Bank) valyuta bazarına müdaxilə edərək gündəlik 6,3 mlrd. rubl və ya 109 mln. dollar almağa başlasa da, bu, dolların ucuzlaşmasına gətirib çıxarmayıb.
"Report"un analitik qrupu Rusiyada dolların ucuzlaşmağa davam etməsi üçün neft qiymətlərinin bir qədər də yüksəlməsi amilini əsas sayır: "Bu halda, məzənnə 55,0 RUB/USD-yə qədər geriləyə bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-dollarin-mezennesi-17-ayliq-minimuma-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR