Qırğız prezidenti Kiprdə əmlakının olub-olmamasını yoxlatdırır

Qırğız prezidenti Kiprdə əmlakının olub-olmamasını yoxlatdırır
14:02 13 Fevral 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Kiprin yunan hissəsində əmlakının olub-olmamasını yoxlamaq üçün ölkənin baş prokuroruna tapşırıq verib.
“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, Qırğız parlamentindəki “Ata Meken” Fraksiyasının lideri, deputat Omurbek Tekebayevin bir müddət əvvəl yerli KİV-də ölkə prezidenti Almazbek Atambeyevin Kiprdə mal-mülkünün olması barədə bəyanatı yayılmışdı. Deputatın bu sorğusuna cavab vermək üçün prezident Alamazbek Atambayev baş prokurora bunu yoxlayıb, ölkə ictimaiyyəti və dövlət başçısını məlumatlandırmağı tapşırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgiz-prezidenti-kiprde-emlakinin-olub-olmamasini-yoxlatdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR