24 min siqareti gömrükdən keçirmək istəyərkən tutuldu - FOTO

24 min siqareti gömrükdən keçirmək istəyərkən tutuldu - FOTO
14:13 13 Fevral 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrük nəzarətindən gizlədilmiş 24 min ədəd siqaret aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR