DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində YANĞIN

DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində YANĞIN
14:17 13 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Fevralın 13-də gecə saatlarında Rusiyanın Samara şəhərində 2018-ci il dünya çempionatı üçün inşa olunan stadion yaxınlığında yanğın hadisəsi qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yanğının ümumi sahəsi 100 kvadratmetri əhatə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tikinti ərazisində olan 7 köşk yanaraq, yararsız hala düşüb. Həmin köşklər fəhlələrin əyinlərini dəyişməsi üçün olub. 

Qeyd edək ki, DÇ-2018-in qrup mərhələsinin 4, eləcə də, 1/8 və 1/4 final mərhələlərinin oyunlarının keçiriləcəyi stadion bu ilin sonuna qədər hazır olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR