Gürcüstan XİN: "Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur"

Gürcüstan XİN: "Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur"
14:17 13 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.

Azərbaycan və Gürcüstanın bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyən nazir əlavə edib ki, hər iki ölkə həm ikitərəfli formatda, həm də regional səviyyədə iqtisadi əməkdaşlığı möhkəmləndirməkdə davam edəcək.

M.Canelidze deyib: "Enerji sahəsində əməkdaşlıq bizim iqtisadi əməkdaşlığımızın əsas hissəsidir".

Bundan başqa, nazir qeyd edib ki, tərəflər qarşılıqlı investisiya və nəqliyyat sahəsində də əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR