"ABŞ Suriyanı bombalayır, problemləri isə avropalılar həll etməli olur"

"ABŞ Suriyanı bombalayır, problemləri isə avropalılar həll etməli olur"
14:27 13 Fevral 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Zenit"in müdafiəçisi Nikolas Lomberts Avropa İttifaqının siyasətinə qarşı olması ilə fərqlənir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu bu fikirlərini belə əsaslandırıb:

"Brüsseldə bir çox mühacirlər qadınlara hörmət etmirlər. Həyat yoldaşım Sankt-Peterburqda özünü daha təhlükəsiz hiss edir. Yoldaşım Anderlext və Molenbekdə təkbaşına gəzmək istəsə, 80% ehtimalla ona hücum edəcəklər ya da zorlayacaqlar. Avropa İttifaqına qarşı olmağım, ilk növbədə, emiqrasiya məsələsi ilə bağlıdır. İnsanlar başqa ölkəyə gəlir və işsizliyə görə min avrolarla müavinət alırlar.

Bu, məni narahat edir. Avropada vahid mədəniyyət yoxdur. Biz fərqli düşüncələrə sahibik. Aİ-də qərar qəbul ediləndə bütün 28 ölkə "hə" deməlidir. Dünyada olan hadisələrə baxın. Putin, Tramp, Erdoğan və çinlilər Yaxın Şərq, Suriya haqqında qərar verirlər. Avropa buna qarışmır, amma üzərinə immiqrant dalğası gəlir. Düzdür, bu, qaçqınların günahı deyil. ABŞ İraqa qoşun yeritdi, Suriyanı bombalayır. Bundan meydana çıxan problemləri isə avropalılar həll etməli olur. Belçikada yük maşınlarında gizlənən mühacirlər gizli şəkildə Britaniyaya keçmək istəyirlər. Onlar sürücülərə bıçaqla hədə-qorxu gəlirlər deyə hökumət təhlükəsizlik səbəbindən sahil boyu yollarda maşın park etməyə qadağa qoyub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR