Mehdiabad-Digah-Məmmədli avtomobil yolu yenidən qurulur

Mehdiabad-Digah-Məmmədli avtomobil yolu yenidən qurulur
14:27 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonundakı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu barədə “Report”a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, eni 6-10 metr arası dəyişən, uzunluğu 8,8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb.
"Xüsusən payız-qış mövsümündə sözügedən yolla hərəkət,əsasən də piyadaların hərəkəti xeyli çətinləşirdi. Çünki yaşayış məntəqələrindən keçən hissələrində piyada səkilərinin olmaması vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1,5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Bundan başqa, bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və karbonat materialı tökülərək kipləşdirmə işləri aparılacaq. Daha sonra yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək", - deyə məlumatda qeyd olunub.
Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yol 3 yaşayış məntəqəsindən keçməklə 22 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Onların istər şəhər mərkəzinə doğru, istərsə də hava limanı və digər Bakı qəsəbələrinə doğru çıxışını asanlaşdıracaq.






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/mehdiabad-digah-memmedli-avtomobil-yolu-yeniden-qurulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR