Bütün Gürcüstanın katalikos-patriarxının cərrahiyyə əməliyyatı uğurla keçib

Bütün Gürcüstanın katalikos-patriarxının cərrahiyyə əməliyyatı uğurla keçib
14:32 13 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bütün Gürcüstanın katalikos-patriarxı II İlya fevralın 13-də Almaniyada cərrahiyyə əməliyyatı olunub.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Zaza Qabuniya əməliyyatın uğurla başa çatdığını bildirib.
“Professor məmnundur və əməliyyatın vaxtında edildiyini deyir. O, narkozdan çıxıb, onu intensiv müalicə şöbəsinə aparırlar”, - deputat “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, ona mədəaltı vəzin iltihabı diaqnozu qoyulub. II İlya, dünyəvi adı İrakli Gerogiyeviç Quduşauri-Şiolaşvili 1933-cü il yanvarın 4-də Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində anadan olub. 1977-ci il dekabrın 23-dən isə bütün Gürcüstanın katalikosu-patriarxıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/butun-gurcustanin-katalikos-patriarxinin-cerrahiyye-emeliyyati-ugurla-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR