AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdi

AFFA İraq yığması ilə yoldaşlıq görüşündən imtina etdi
14:47 13 Fevral 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

AFFA Azərbaycan milli komandasının İraq yığması ilə yoldaşlıq görüşündən imtinasına dair xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu report-a açıqlamasında İraq tərəfdən belə bir təklif aldıqlarını təsdiqləyib. O deyib ki, iraqlılar görüşün martın 16-da Bakıda təşkil olunmasını istəyiblər. Lakin M.Nərimanoğlunun sözlərinə görə, sıx təqvim üzündən cavab müsbət olmayıb:

"Biz tərəfdən bildirilib ki, 9 martda Azərbaycan yığmasının səfərdə Qətərlə yoldaşlıq görüşü, 18-19 martda isə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları olacaq. Daha sonra milli komanda Almaniya ilə martın 26-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşacaq".

AFFA rəsmisi İraq tərəfinə əməkdaşlıqla bağlı müsbət cavab verdiklərini də əlavə edib. O, gələcəkdə məsələyə baxılmasının mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisinin İraqla yoldaşlıq görüşündən imtinasına dair xəbəri İran mətbuatı yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR