Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kim oldu? - DAHA BİR SƏRƏNCAM

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kim oldu? - DAHA BİR SƏRƏNCAM
14:54 13 Fevral 2017
601 Digər
Ölkə mətbuatı
A- A+

 

Ramin Namiq oğlu Quluzadə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

 

Ramin Quluzadə kimdir?

 

Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib.

 

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

 

Ailəlidir, 2 övladı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR