"Ramos həmişə "Sevilya"lı olub"

"Ramos həmişə "Sevilya"lı olub"
14:57 13 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın tanınmış futbol məşqçilərindən sayılan Xoakin Kaparros "Real Madrid"in kapitanı Serxio Ramosun "Sevilya" azarkeşləri tərəfindən layiqincə hörmət görmədiyini deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Əndəlus klubunun eks çalışdırıcısı Ramosun yetişdiyi kluba bağlı olduğunu qeyd edib.

"Ramos həmişə "Sevilya"lı olub. O, özündə bu klubun genlərini daşıyır. İstərdim ki, azarkeşlər onu layiq olduğu kimi qarşılasın. Bundan başqa Ramos həmişə "Sevilya"ya minnətdar olacağını bildirib".

Ramos 2004-05-ci illərdə "Sevilya"nın əsas komandasında çıxış edəndən sonra "Real"a keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR