Ziya Məmmədovdan AÇIQLAMA: “Sərəncamla tanış deyiləm”

Ziya Məmmədovdan AÇIQLAMA: “Sərəncamla tanış deyiləm”
14:58 13 Fevral 2017
610 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirilib.

Unikal.org məsələ ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: "Aidiyyəti üzrə icra olunmasını zəruri hesab edirəm”.

Bundan sonra hansı işlə məşğul olacaqsınız? - sualına sabiq nazir belə cavab verib: "Hələ sərəncamla tanış olmamışam. Oxuyum, sonra bu barədə danışarıq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR