Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb

Azərbaycan voleybolçusu Yaponiya çempionatında iki mükafata layiq görülüb
15:07 13 Fevral 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Yaponiyanın "Toyota" klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb. "Report"un məlumatına görə, 27 yaşlı qadın idmançı Yaponiya çempionatının təsnifat mərhələsinin yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.
O, "6-lıq" mərhələsinin "Hisamitsu" ilə ilk tur matçından əvvəl mükafatlarını alıb. Rəhimova məhsuldarlığını bu görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə 41 xal toplayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybolcusu-yaponiya-cempionatinda-iki-mukafata-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR