Ziya Məmmədov işdən çıxarılmasından danışdı: “Bilmirəm, nolacaq”

Ziya Məmmədov işdən çıxarılmasından danışdı: “Bilmirəm, nolacaq”
15:09 13 Fevral 2017
1905 Digər
Ölkə mətbuatı
A- A+

 

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

 

Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, Z.Məmmədov açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR