İslamiadanın maskotları təqdim olunub

İslamiadanın maskotları təqdim olunub
15:17 13 Fevral 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edilib. "Report"un məlumatına görə, Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, "Bakı 2017"nin simaları olacaq.
Onlara "İncə" və "Cəsur" adları verilib. Hər iki at Oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq "Bakı 2017" tədbirlərinə rəng qatacaqlar.


Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiadanin-maskotlari-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR