Bakıda yeni marşrut xətti

Bakıda yeni marşrut xətti
15:23 13 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yeni marşrut xətti isfadəyə veriləcək.

Publika.az xəbər verir ki, bu sözləri BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Aslanov bildirib ki, "28 May" metrostansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Yeni marşrut xəttinin təşkil edilməsinin səbəbi "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gediş-gəliş vaxtının və ödəniş məbləğlərinin azaldılması, metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, “28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi,"Nəqliyyat Mübadilə Mərkəzi" konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi,qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi, bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılmasıdır”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/187609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR