Bu, nəqliyyat sahəsində informasiyalaşmanın güclənməsinə yardım olacaq

Bu, nəqliyyat sahəsində informasiyalaşmanın güclənməsinə yardım olacaq
15:27 13 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Nazirliyimizin və nazirimizin fəaliyyət sferası genişləndirildi. Düşünürəm ki, doğru addımdır".

Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasına münasibətində bildirib.

AİF prezidentinin fikrincə, bu addım idarəetmənin təkmilləşməsinə xidmət edəcək:

"Bununla idarəetmə xərclərinin azaldılmasına, daha effektiv idarəetmə mexanizmlərinin yaradılmasına, rabitə infrastrukturunun da genişlənməsinə, nəqliyyat sahəsində informasiyalaşmanın güclənməsinə yardım olacaq. Əslində bu nazirliklər elə əvvəldən də mahiyyətcə yaxın olan fəaliyyətlə məşğul olurdular. Biri yük və ya sərnişin daşımaya, digəri isə rabitə kanalları ilə informasiya daşınmasına cavabdeh idi".

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR