Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü ağır xəsarət alıb

Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü ağır xəsarət alıb
15:37 13 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücülərdən biri ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Pirşağı qəsəbəsində körpünün altında 35 yaşlı Qarayev Süleyman Zeynal oğlunun idarəetməsində olan "VAZ 2107" ilə "Kamaz" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü S.Qarayev ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "Kamaz" markalı yük avtomobilinin sürücüsünün yuxulaması olub.
Faktla bağlı araşdırmalar davam etdirilir..

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-minik-avtomobili-kamaz-la-toqqusub-surucu-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR