Qarlı hava şəraiti Neftçalada yol qəzasına səbəb olub

Qarlı hava şəraiti Neftçalada yol qəzasına səbəb olub
15:42 13 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 13 fevral. REPORT.AZ Neftçala rayonunda yol qəzası baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Salyan rayonu istiqamətində hərəkətdə olan 47-BD-335 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü qarlı və şaxtalı yolda idarəetməni itirib və yol sürüşkən olduğundan avtomobil ağaca çırpılıb. 
Nəticədə avtomobilə ciddi zədələnərək yararsız hala düşüb. 
Faktla bağlı araşdırma aparılır. 





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qarli-hava-seraiti-neftcalada-yol-qezasina-sebeb-olub-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR