Azərbaycan səfiri Pakistanın Pəncab vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycan səfiri Pakistanın Pəncab vilayətinin qubernatoru ilə görüşüb
15:52 13 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən "Reportr"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud  qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Həmçinin Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtı ilə imzalanmış protokola əsasən yaradılan qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb, Azərbaycanın digər müvafiq şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə edilib.
M.R.Rəcvana isə Azərbaycanın Pakistan üçün ən yaxın ölkələrdən olduğunu, Pəncab əyalətinin də öz növbəsində bu əlaqələrə hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb, iqtisadi, mədəni və turizm əlaqələrinin daha da genişləndirilməsinin, Lahor və digər şəhərlərlə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefiri-pakistanin-pencab-vilayetinin-qubernatoru-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR