Rusiyanın Türkiyədakı səfirini qətlə yetirən şəxsin şəkli "World Press" mükafatını qazanıb

Rusiyanın Türkiyədakı səfirini qətlə yetirən şəxsin şəkli "World Press" mükafatını qazanıb
15:57 13 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ "Associated Press" agentliyinin fotoqrafı Burhan Özbilici Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölüm səhnəsinin əks olunduğu fotoya görə "World Press Photo" makafatını qazanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu fotoşəkil B.Özbilicinin səfirin öldürülməsinə həsr etdiyi fotoreportajın bir hissəsi olub. Mükafat isə qatilin əlində tapança mərhum səfirin başının üstündə dayandığı əks olunan şəkilə görə verilib.
Qeyd edək ki, Rusiya səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankarada fotosərginin açılış mərasimində çıxış edərkən öldürülüb. Tədbirə mühafizəçi kimi qatılan Mövlud Mərt Altıntaşın diplomata bir neçə dəfə atəş açmasından sonra səfir keçinib. Polis qatili hadisə yerində atəş açaraq güllələyib.
B.Özbilici sərginin açılışını işıqlandıran fotoqraflar arasında olub. O, atışma zamanı daldalanacaqda gizlənsə də, şəkil çəkməyə davam edib. Nəticədə onun bu işi dünya mediasına düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/media/rusiyanin-turkiyedaki-sefirini-qetle-yetiren-sexsin-sekli-world-press-mukafatini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR