İstanbulu qorxu gözləyir

İstanbulu qorxu gözləyir
03:11 7 Yanvar 2015
186 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul Universiteti Memar Mühəndislər Qrupu İstanbulda qorxulu zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq yayıb.

ANS PRESS-in məlumatına görə, ötən gün İstanbul Universiteti Memar Mühəndislər Qrupu ilə Bakırköy bələdiyyəsinin təşkil etdiyi konfransda Mərmərə bölgəsində Mərmərə bölgəsində fay xətlərində boşluq olduğu bildirilib. Bu isə hər an qorxunlu zəlzələnin baş verə biləcəyi deməkdir.

Konfransda zəlzələnin yaradacağı təhlükə və risk müzakirə edilib. Təbii fəlakətin yaşanması halında təcili şəkildə hansı tədbirlərin görülməsi haqqında fikir mübadiləsi olub.

Bundan başqa, hazırda İstanbulda insan sayının 15 milyon olduğu deyilərək, 1935-ci ildən bəri beş dəfə bu sayın artdığı vurğulanıb.

Konfransda həmçinin, zəlzələnin dənizdə olacağı bildirilib. Lakin təkanların güclü olması səbəbilə ətraf şəhər və rayonlar da zəlzələnin təsiri altına düşəcək.

Xatırladaq ki, ötən ilin yayında ABŞ-ın Massaçusets Texnologiya İnstitutu da (Massachusetts Institute of Technology – MIT) İstanbulda qorxulu zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq yaymışdı. Qərbli alimlər İstanbul sahillərinin 8 kilometrliyində 7 bal gücündə zəlzələnin meydana gələ biləcəyini qeyd etmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR