Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO

Səfirin qatilinin görüntüsü ilin fotosu seçildi - FOTO
15:57 13 Fevral 2017
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu və məşhur fotomüsabiqələrindən olan "World Press Photo"da əsas mükafat türk fotoqraf Burhan Özbiliciyə verilib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, o, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Mert Altıntaşı qanlı cinayəti əsnasında çəkmişdi.

B.Özbilicinin fotosu "Təcili xəbərlər" nominasiyasında da qalib sayılıb.

"World Press Photo"nun münsiflər heyətinin üzvü Mari Kalvert deyib: "Bu fotoda Rusiyanın səfirini güllələmiş Mövlut Mert Altıntaş nəsə qışqırır. Onun yanında, yerdə isə səfirin cəsədi vıar. Fotonu qalib saymaq çox çətindi. Lakin sonucda qərara gəldik ki, məhz bu foto dünyanı başına almış nifrəti səciyyələndirir. Hər dəfə bu foto ekranda peyda olanda geri çəkilmək istəyirsən. Partladıcı obrazdır və gerçəkdən də hiss etdik ki, bu görüntüdə onu ilin jurnalist fotosu saymağa imkan verən məzmun var".

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya türklərin gözü ilə" sərgisinin açılışında qətlə yetirilib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR