Patriarxı sianidlə zəhərləyəcəkmiş

Patriarxı sianidlə zəhərləyəcəkmiş
16:12 13 Fevral 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı Georgi Ata (Georgi Mamaladze) yüksək rütbəli din xadimini öldürməyə hazırlıqda ittiham olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru İrakli Şotadze fövqəladə brifinqdə bildirib.
Qeyd edək ki, hadisə üzrə istintaq fevralın 2-də ölkə vətəndaşının Gürcüstan Baş Prokurorluğuna müraciət edərək tanış din xadimlərindən birinin - Georgi Mamaladzenin ondan insan həyatı üçün təhlükəli olan sianid maddəsi tapmaqda yardım istədiyini bildirməsindən sonra başlayıb.
"İstintaq nəticəsində müəyyən edilib ki, Georgi Mamaladze prokurorluğa müraciət edən şəxsdən qısa müddətdə zəhərli maddəni tapmağı istəyib və bunun qarşılığında ona pul ödəməyə hazır olub", - İ.Şotadze vurğulayıb.
Baş prokurorun sözlərinə görə, G.Mamaladze hazırda patriarxın müalicə aldığı Almaniyaya getməyi, sianidi isə səfərdən qabaq əldə etməyi planlaşdırıb.
Xatırladaq ki, daha əvvəl Gürcüstan KİV-i fevralın 10-da gecə saatlarında Tbilisi hava limanında Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı, Müqəddəs İoakim və Anna tibb mərkəzinin direktoru Georgi Mamaladzenin əvvəlcə saxlanıldığını, sonra isə həbs edildiyini yazıb.
Bütün Gürcüstanın patriarxı II İlya bundan əvvəl kiminsə onu zəhərləmək istədiyinə inanmadığını söyləmişdi. Hətta patriarxın Berlin şəhərində əməliyyat ediləcəyi xəstəxanada olan mitropolit Nikoloz ata Gürcüstanda belə fikrə düşəcək adam olduğuna inanmadığını dilə gətirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR