9 nəfər qar uçqunu altında qaldı

9 nəfər qar uçqunu altında qaldı
16:32 13 Fevral 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Alp dağlarının Fransa ərazisində yerləşən hissəsində qar uçqunu baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər uçqun altında qalıb.
Qar uçqunu yerli vaxtla səhər saat 11-də Alp dağlarında Tin gölünün yaxınlığındakı dağ-xizək kurortunda baş verib.
Hadisə yerinə dərhal xilasedicilərdən ibarət helikopter göndərilib. Uçqun altından 3 nəfər çıxarılıb: onların ikisi həlak olub, üçüncüsünün vəziyyəti ağırdır və o, xəstəxanaya çatdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR