Azərbaycan FHN-i Avstriyanın DİN-i ilə Qəbələdə birgə təlimlər keçirir

Azərbaycan FHN-i Avstriyanın DİN-i ilə Qəbələdə birgə təlimlər keçirir
16:57 13 Fevral 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi (DİN) arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb.
FHN-in mətbuat xidmətindən "Report"a verilən məəlumata görə, təlimlərə nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.
Təlimlər fevral ayının 19-dək davam edəcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-fhn-i-avstriyanin-di-n-i-ile-qebelede-birge-telimler-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR